AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncə Dövlət Milli Dram Teatrında Vaqif Əmiraslanın “Gülüstan” pyesi əsasında eyni adlı tamaşasının məşqlərinə başlanılıb.

  • + A
  • - A
  • 13-04-2026, 17:58

    Gəncə  Dövlət  Milli  Dram Teatrında Vaqif Əmiraslanın “Gülüstan”  pyesi əsasında eyni adlı tamaşasının məşqlərinə  başlanılıb.

    Real həyat həqiqətləri üzərində hazırlanacaq tamaşa 44 günlük Zəfər müharibəsinin ədəbi və bədii bütövlüyünü özündə əks etdirməklə Vətən müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz ruhlarına, müharibə veteranlarına, qazilərimizə ithaf olunaraq teatra dəvət edilmiş gənc rejissor Fuad Cavadzadənin traktofkasında ictimaiyyətə təqdim ediləcək.

    Yeni yaradıcılıq işinin quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov və qrafik işi isə Sübhan İbrahimova məxsusdur.

    Səhnə əsərində Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Novruz Cəfərov, Kəmalə Məmmədova , aktyorlar Murad Meyfaliyev, Emil Salmanov, Samir Abbasov, Akif Səfərov, Zəminə Cəfərova, Elmir Məmmədov və bütövlükdə teatrın 30-dan çox aktyor heyəti iştirak edəçək.

    Tamaşanın premyerası may ayının 17-də ictimaiyyətə təqdim ediləcək !




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR