AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

  • + A
  • - A
  • Bu gün, 14:46

    Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

    Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə birlikdə ifa etdiyi “Nəyindən narahatsan” mahnısından danışıb.

    Alim Qasımov “Kulis”ə müsahibəsində bildirib ki, mahnının sözlərini və musiqisini bəyənərək ifa edib.

    “Üzeyir Mehdizadə bir mahnı var, musiqisini yazanda səni düşünmüşəm, dedi. Əsas da mahnının sözləri ürəyimə yatdı”, - Xalq artisti deyib.

    O, duetə göstərilən marağın belə olacağını təxmin etdiyini, lakin reaksiyanın bu qədər geniş olacağını gözləmədiyini bildirib.

    “Üzeyirlə duetimizin belə qarşılanacağını təxmin edirdim, amma bu qədər olacağını gözləmirdim. Ancaq bu da bir yenilikdir. Kim tənqid edir, özü bilər”, - Alim Qasımov qeyd edib.

    Xalq artisti Montrö festivalında iştirakından da danışıb. Onun sözlərinə görə, festival yüksək səviyyədə təşkil olunub.

    “Çox yaxşı musiqiçilər, böyük orkestr və gözəl dirijorumuz var idi. Tamaşaçılar da çox bəyəndilər, çox enerjili tədbir oldu. Həm gözəl məkan idi, həm də həmin məkana uyğun gözəl bir konsertimiz alındı”, - deyə o bildirib.

    Alim Qasımov son vaxtlar televiziya proqramlarında az görünməsinin səbəblərinə də aydınlıq gətirib. O, musiqiçilərin əməyinin yetərincə qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

    Xalq artisti rep ifaçısı ilə birgə hazırladığı layihəyə və layihə ilə bağlı tənqidlərə də münasibət bildirib. O, bunun musiqidə fərqli janrların bir araya gəlməsi olduğunu deyib.

    Alim Qasımov belə bir təklifin yenidən daxil olması halında onu qəbul edə biləcəyini bildirib.

    “Yaxşı musiqidirsə, yaxşı təklifdirsə, mənim ürəyimə yatırsa, mənə elə gəlir ki, tamaşaçının da ürəyinə yatacaq. Birinci dəfə bəlkə bir az yatmaz, amma qulaq asdıqca alışacaq”, - deyə Xalq artisti vurğulayıb.

    O, yeni təklif və ideyalarının olduğunu da qeyd edib.

    “İndi danışmağın yeri yoxdur. İnşallah, üzə çıxsa, tamaşaçı da, dinləyici də görəcək”, - Alim Qasımov əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR