AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub

  • + A
  • - A
  • Bu gün, 09:59

    Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub


    Oktyabrın 17-də Circus Sea Breeze arenasında “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramının açılışı olub.
    Sürət, cəsarət, peşəkarlıq və yüksək adrenalin üzərində qurulan proqram dünyanın müxtəlif ölkələrindən olan artistləri bir arenada toplayıb.
    Tamaşaçılara təqdim olunan proqramda braziliyalı kaskadyorların təhlükəli çıxışları, beynəlxalq mükafatlara layiq görülmüş hava gimnastlarının nömrələri, akrobatlar və klounun iştirakı ilə hazırlanan səhnələr yer alıb. Müxtəlif sirk janrlarını birləşdirən şou tamaşaçılara həyacanlı sirk atmosferi və unudulmaz emosiyalar yaşadıb.
    Proqramın təşkilatçısı, “Sirk Oskarı” mükafatının laureatı Allahverdi İsrafilov açılış günündə ənənəsinə sadiq qalaraq xeyriyyə təşəbbüsü ilə çıxış edib. Oktyabrın 17-də keçirilən tamaşalar valideyn himayəsindən məhrum uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar, eləcə də şəhid və qazi ailələrinin övladları üçün ödənişsiz təşkil olunub. Təşəbbüsün məqsədi uşaqlara sevinc bəxş etmək və onlar üçün yaddaqalan anlar yaratmaq olub.
    Azərbaycan sirk sənətinin beynəlxalq səhnədə tanınmış nümayəndələrindən olan Allahverdi İsrafilov uzun illərdir həm də təşkilatçı kimi fəaliyyət göstərir. Onun rəhbərliyi altında müxtəlif ölkələrdə çoxsaylı sirk proqramları həyata keçirilib. İsrafilovun fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq təcrübəni Azərbaycana gətirmək, yerli sirk sənətinin inkişafına töhfə vermək və yeni istedadların yetişməsi üçün imkanlar yaratmaqdır.
    “The World of Adrenaline” noyabrın 29-dək Circus Sea Breeze arenasında davam edəcək. Tamaşalar hər həftənin şənbə və bazar günləri saat 12:30-da və 15:30-da keçirilir.
    Biletlərin qiyməti 15 manatdan başlayır. Tamaşaçıların rahatlığı üçün “Koroğlu” metro stansiyasından sirk arenasına və geriyə xüsusi avtobus transferi də təşkil olunub.
    Biletləri şəhərin kassalarından və iTicket.az saytından əldə etmək mümkündür.
    İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Show Plus TV, Xəzər TV.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR