AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xüsusi Təyinatlı Qüvvələrin ilk şəhidinə həsr olunmuş film (VİDEO)

  • + A
  • - A
  • 21-12-2022, 03:08

    Xüsusi Təyinatlı Qüvvələrin ilk şəhidinə həsr olunmuş film (VİDEO)

    22 dekabrdan bütün Park Cinema kinoteatrlarında "Sədaqətim Şərəfimdir!” sənədli filmi nümayiş olunacaq.

    "Sədaqətim Şərəfimdir!” sənədli televiziya filmi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ilk şəhidi, kapitan Fikrət Akif oğlu Məmmədovun ölməz xatirəsinə həsr olunub. Sənədli filmdə şəhid Fikrət Məmmədovun həyat yolu, mükəmməl hərbi təhsil alması, şərəfli zabit ömrü, vətən uğrunda şəhidlik zirvəsini fəth etməsi ssenariləşdirilib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Kəmalə Abdinovadır. Sənədli filmdə şəhidin orta məktəbdə təhsil aldığı dövrdə ona dərs deyən müəllimi, döyüş yoldaşları, Vətən Müharibəsi Qəhrəmanları-Gündüz Səfərli, Saleh Həsənov və ailəsi, övladları iştirak edib.
    "Sədaqətim Şərəfimdir!” sənədli televiziya filminin prodüseri Toğrul Abdullayevdir.
    Qeyd edək ki, filmin nümayişindən əldə olunan gəlir "YAŞAT” fonduna ianə olunacaq. Həmçinin vətən muharibəsi iştirakçıları və qazilərə giriş ödənişsizdir.
    Biletləri əldə etmək üçün www.parkcinema.az saytına keçid edə və ya Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall, Zagulba Mall kassalarına yaxınlaşa bilərsiniz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR