AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Münəvvər Rzayevanın anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir və sərgi keçirilib

  • + A
  • - A
  • 29-06-2024, 03:27

    Münəvvər Rzayevanın anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir və sərgi keçirilib

    ASCO-nun “Suraxanı” gəmi-muzeyində Azərbaycanın Əməkdar rəssamı və ilk monumentalçı heykəltəraş qadını Münəvvər Rzayevanın anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir və sərgi keçirilib.

    Əvvəlcə qonaqlar "Münəvvər Rzayeva: Böyük həyatın səhifələri" adlı filmə baxıblar.

    Daha sonra çıxış edən Xalq rəssamı Ömər Eldarov, ASCO sədrinin müavini Zaur Nağıyev, ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, Gəmi-muzeyin direktoru Tural İbrahimov və qızı Zemfira Mirqədirova onun zəngin təxəyyülü və yüksək peşəkarlığından, onu digər rəssam və heykəltəraşlardan fərqləndirən xüsusiyyətlərindən danışıblar. Həmçinin qeyd olunub ki, belə tədbir və sərgilər onun əziz xatirəsini yad etməklə yanaşı, yaradıcılığına marağı artırmaq və daha geniş auditoriyada yayılmasına təkan vermək baxımından olduqca əhəmiyyətlidir.

    Çıxışlardan sonra tədbir iştirakçıları Münəvvər Rzayevanın yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

    Sərgi bu ilin sonunadək ziyarətçilər üçün açıq olacaq.

    Qeyd edək ki, psixoloji portret ustası kimi tanınan Münəvvər Rzayeva heykəllərini əsasən qranit, mərmər, bürünc və ağac materiallarından hazırlayıb. O, 100-ə yaxın monumental əsərin müəllifidir. Bu əsərlərin sırasında Mikayıl Müşfiq, Hüseyn Cavid, Nəriman Nərimanov, Məhsəti Gəncəvi, M.Ə.Sabir, Mehdixan Vəkilov, Nigar Rəfibəyli, Sevil Qazıyeva, Ayna Sultanova, Nazim Hikmət, Sergey Yesenin və digərlərinin abidə-büstləri heykəltəraşın sənət inciləri arasındadır.

    Münəvvər Rzayevanın son əsəri isə Ulu Öndər Heydər Əliyevin tuncdan olan barelyefidir. Heydər Əliyevin 75 illik yubileyi münasibətilə yaradılmış bu barelyef Qusar rayonunda yerləşən dağın 3763 metr hündürlüyündə olan ən uca dağ zirvəsinə bərkidilib.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR