Qəzaya uğrayan təyyarənin qara qutusu Braziliyaya verilib.
Bu haqda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev məlumat verib.
Tokayev deyib ki, Qazaxstan vətəndaşlarının fədakarlığı sayəsində mümkün qədər çox insanın həyatını xilas edilib:
”Xilasetmə işlərində iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Təyyarə ilə əlaqəli olaraq 17 beynəlxalq ekspert dəvət olunub.
Hökumət komissiyası qərara gəlib ki, qara qutu təyyarəni hazırlayan ölkə olan Braziliyaya göndərilsin. Əminəm ki, bu addım istintaqın obyektiv və qərəzsiz aparılması üçün zəruri olan yeganə düzgün qərardır”.
Dekabrın 25-də qəzaya uğrayan təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29 nəfər isə sağ qalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.