AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynada polis rəisi olan azərbaycanlı xanım… – FOTO

  • + A
  • - A
  • 13-11-2018, 10:26

    Ukraynada polis rəisi olan azərbaycanlı xanım… – FOTO















    Ukraynanın Dnepropetrovsk vilayətində azərbaycanlı polis qadının peşəkarlığı dillər əzbəridir. Krivoy Roq şəhərində doğulub boya-başa çatan polis kapitanı Karina Məmməd qızı Əliyevanın Azərbaycan sevgisi, vətənpərvərliyi soydaşlarımızın dilindən düşmür.
    Qırmızı diplom və zəngin iş fəaliyyəti
    O, 1985-ci ildə Krivoy Roq şəhərində anadan olub. Atası azərbaycanlı, anası ukraynalıdır. 2003-cü ildə bu şəhərdə liseyi bitirib, 2008-ci ildə isə Odessa Milli Hüquq Akademiyasında təhsilini qırmızı diplomla başa vurub. Elə həmin ildən Ukraynanın daxili işlər orqanlarında çalışır. İlk iş yeri Krivoy Roq şəhərinin rayon polis bölməsi olub, orada müstəntiq işləyib. 2012-2014-cü illərdə Dnepropetrovsk vilayəti Milli Polis Baş İdarəsində xüsusi işlər üzrə müstəntiq kimi çalışıb. 2014-2017-ci illərdə Dnepr şəhər aeroportunun istintaq şöbəsinin rəisi olub. Hazırda Dnepropetrovsk vilayəti Milli Baş Polis İdarəsinin metropolitendə polis bölməsinin rəisidir.

    Ukraynada polis rəisi olan azərbaycanlı xanım… – FOTO








    Uşaqlıq arzusunu gerçəkləşdirən polis soydaşımız
    Karina Əliyeva deyir ki, daxili işlər orqanlarında çalışmaq onun uşaqlıq arzusu olub: “Ona görə də polis orqanlarında istədiyim hədəfə çatmaq üçün həvəslə işləyirəm. Öz peşəmi çox sevirəm. Mülki əhali arasında polisə inam və etimadı artırmaq üçün bütün bacarığımdan istifadə edirəm”.
    O bildirir ki, polis geyimində, çiynində poqon gəzdirən qadın olmaq gözəl bir duyğudur. Bu, ətrafdakı insanlara da xoş təsir bağışlayır. Polis qadın soydaşımız vətəndaşlarla ünsiyyətdə səmimi, nəzakətli davranışımla seçilməyə çalışır.
    O, ürəyində Azərbaycan sevgisi gəzdirir
    Ukraynada yaşayan soydaşlarımız Karina Əliyevanın onlara həssas münasibətindən, vətənpərvərliyindən ağızdolusu danışırlar. Bu barədə söz düşəndə deyir: “Bu yerlərdə böyüyüb boya-başa çatmasam da, Azərbaycanın hər bir guşəsi mənim üçün doğma və əzizdir”. Bizimlə söhbət zamanı da qeyd etdi ki, ürəyində hər zaman Azərbaycan sevgisi gəzdirir. Təkcə bacarıqlı polis işçisi kimi yox, həm də vətənpərvər bir şəxs kimi tanınmaq vacibdir. (“Azərtac”)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR