AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

HƏMAS Qəzza zolağında tezliklə atəşkəs sazişi bağlamaq istəyir

  • + A
  • - A
  • 4-01-2025, 17:31

    HƏMAS Qəzza zolağında tezliklə atəşkəs sazişi bağlamaq istəyir

    Cümə günü Qətər paytaxtında Qəzza zolağında atəşkəslə bağlı dolayı danışıqların yeni raundu bərpa edilib
    Dolayı danışıqların bərpası Fələstinin HƏMAS qruplaşmasının tezliklə razılığa gəlmək niyyətlərinin ciddiliyini vurğulayır.

    Belə bir bəyanatla HƏMAS-ın yüksək rütbəli nümayəndəsi Basem Naim cümə günü keçirdiyi mətbuat konfransında çıxış edib.

    O əlavə edib ki, yeni danışıqlar daimi atəşkəs və İsrail qoşunlarının çıxarılması ilə bağlı razılığın əldə edilməsinə yönələcək.

    İsrailin baş naziri Benyamin Netanyahunun ofisi “Mossad” kəşfiyyat agentliyi, “Şin-Bet” daxili təhlükəsizlik xidməti və hərbçilərdən ibarət nümayəndə heyətinə Qətərdə danışıqları davam etdirmək səlahiyyəti verdiyini elan etdikdən sonra Dohada danışıqlar ertəsi gün bərpa edilib.

    Ağ Evin milli təhlükəsizlik üzrə nümayəndəsi Con Kirbi bildirib ki, Bayden administrasiyası HƏMAS-ı girovların azad edilməsini təmin edəcək yeni atəşkəs sazişi imzalamağa çağırıb.

    Qəzza sektorunda atəşkəsə nail olmaq üçün ABŞ, Misir və Qətərin vasitəçilik səyləri hələ ki, uğurlu olmayıb. Netanyahu daha əvvəl HƏMAS tamamilə məhv edilənə qədər Qəzza zolağında əməliyyatı davam etdirmək niyyətində olduğunu bəyan etmişdi. Lakin yaraqlılar xeyli itki versələr də, xüsusilə İsrail qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından sonra öz qüvvələrini dəfələrlə bərpa ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR