AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşa Maskın Ukraynada Starlink-i söndürməklə bağlı hədələrinə cavab verib

  • + A
  • - A
  • 9-03-2025, 18:44

    Polşa Maskın Ukraynada Starlink-i söndürməklə bağlı hədələrinə cavab verib

    Milyarder və SpaceX-in sahibi İlon Mask Ukraynada Starlink-i ləğv edərsə, Varşava bu provayderin əvəzini axtaracaq, Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib. Bu fikirləri o, X sosial şəbəkəsində bildirib.
    Sikorski xatırladıb ki, Maskın Ukrayna üçün Starlink peyk rabitəsi sistemi Polşanın Rəqəmsallaşma Nazirliyi tərəfindən ödənilir və bu, ölkəyə ildə təxminən 50 milyon dollara başa gəlir. Starlink-in Ukrayna hərbçiləri üçün kritik əhəmiyyətini bəyan edən milyarder öz təhdidini yerinə yetirib girişi dayandırarsa, Polşa əvəzləyici axtarmağa hazırdır.
    “Təcavüz qurbanı üçün təhdidlərin etikası haqqında danışmasaq belə: SpaceX etibarsız provayder olduğu ortaya çıxarsa, biz başqalarını axtarmağa məcbur olacağıq”, – nazir Maskın sözlərinə reaksiya verib.
    Bundan əvvəl Sikorski Macarıstanın baş naziri Viktor Orbanın Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı ölkədə referendum keçirmək fikrinə ironik reaksiya vermişdi. O qeyd edib ki, “Orbanın Macarıstanın üzvlüyünə dair Aİ-də keçiriləcək referendumun nəticələrini görməkdə maraqlı olacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR