AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya nümayəndə heyəti ABŞ-la danışıqlar aparmaq üçün İstanbula gəlib

  • + A
  • - A
  • 9-04-2025, 16:10

    Rusiya nümayəndə heyəti ABŞ-la danışıqlar aparmaq üçün İstanbula gəlib

    Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyevin başçılıq etdiyi Rusiya nümayəndə heyəti Rusiya Federasiyası ilə ABŞ arasında danışıqların ikinci raundu üçün İstanbula gəlib.
    Bu barədə RİA Novosti məlumat yayıb.
    "Nümayəndə heyətinin olduğu təyyarə yerli vaxtla saat 14:20 radələrində İstanbul hava limanına enib", - nəşr yazır.
    Bundan əvvəl Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi rəhbərinin birinci müavini Aleksey Çepa “Lentoi.ru” saytına müsahibəsində bildirib ki, hazırda Ukraynada sülh müqaviləsinin bağlanmasına hazırlıq üzrə texniki iş gedir.
    Aprelin 9-da məlum olub ki, Rusiya ilə ABŞ arasında məsləhətləşmələrin ikinci mərhələsi aprelin 10-da Rusiyanın İstanbuldakı Baş Konsulluğunda keçiriləcək. Amerika qrupunu toplantıda dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter təmsil edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR