Ermənistan və İran silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələri aprelin 10-11-də iki ölkənin sərhəd zolağında “Sülh təlimi” adlı birgə hərbi təlim keçirəcək. Bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.
“Bu təlim sərhəd təhlükəsizliyini gücləndirmək, hər iki ölkənin silahlı qüvvələrini potensial təhdidlərə qarşı hazırlamaq, sabit sülhü qorumaq, müdafiə və hərbi əməkdaşlığı gücləndirmək üçün nəzərdə tutulub”.
O, vahid komandanlıq altında sərhədin hər iki tərəfində eyni vaxtda həyata keçiriləcək.
“İki günlük bu birgə hərbi təlim Ermənistan və İranın iki ölkə arasında strateji münasibətlərin möhkəmləndirilməsi, regionda sülhün təmin edilməsi və təhlükəsizliyin bərqərar olmasına sadiqliyini nümayiş etdirir”, - səfirlik qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.