AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ İran nümayəndəsi ilə birbaşa danışıqlar aparacaq

  • + A
  • - A
  • 10-04-2025, 23:10

    ABŞ İran nümayəndəsi ilə birbaşa danışıqlar aparacaq

    ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ağ Ev rəhbərinin xüsusi nümayəndəsi Stiv Vitkoff İranın yüksək rütbəli nümayəndəsi ilə birbaşa danışıqlar aparacaq. Bu barədə “Reuters” məlumat yayıb.
    Rubionun sözlərinə görə, danışıqlar aprelin 12-də baş tutacaq. Məhz bu gün Omanda nüvə sazişi üzrə İran-Amerika məsləhətləşmələri keçiriləcək və bundan əvvəl Tehran bu danışıqların dolayı xarakter daşıyacağını bəyan edib.

    "Uzun müddətdən sonra ilk dəfədir ki, xüsusi elçi Uitkoff ilə İran rəhbərliyinin yüksək rütbəli nümayəndəsi arasında birbaşa danışıqlar baş tutacaq. Ümid edirik ki, onlar dünyaya gətirib çıxaracaq. Ümid edirik ki, bu, sülhə gətirib çıxaracaq. Biz İranın heç vaxt nüvə silahına malik olmayacağını açıq şəkildə göstərmişik və hesab edirəm ki, bu görüşə səbəb olub", - Rubio bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR