AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan ən konstruktiv ölkə deyil - Rubinyandan sülh müqaviləsinin imzalanmasının gecikdirilməsi ilə bağlı sərsəm açıqlama

  • + A
  • - A
  • 14-04-2025, 19:00

    Azərbaycan ən konstruktiv ölkə deyil - Rubinyandan sülh müqaviləsinin imzalanmasının gecikdirilməsi ilə bağlı sərsəm açıqlama


    Ermənistanın baş naziri Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Bu barədə Milli Assambleyanın sədr müavini, Ermənistan Respublikasının Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan jurnalistlərlə söhbətində bildirib.

    Sənədin mətninin razılaşdırıldığını xatırladan Rubinyan bəyan edib: “Biz mümkün qədər tez imzalamağa hazırıq, yəni baş nazir imzalamağa hazırdır və biz Azərbaycanın imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamasını təklif etmişik”.

    Antalyada xarici işlər nazirləri səviyyəsində keçirilən görüşü şərh edən Rubinyan qeyd edib ki, yeni heç nə elan olunmayıb. Tərəflər öz mövqelərini təqdim ediblər.

    Bakının prosesi gecikdirmək istəyinin nədən qaynaqlandığını soruşduqda Rubinyan qeyd edib ki, “şərhə ehtiyac yoxdur, hamı bilir ki, Azərbaycan ən konstruktiv ölkə deyil, qalanı Azərbaycan sahəsindədir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR