AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Trampın oğlu Putinlə Vittkoffun görüşündən danışıb

  • + A
  • - A
  • 15-04-2025, 21:21

    Trampın oğlu Putinlə Vittkoffun görüşündən danışıb

    ABŞ prezidentinin oğlu kiçik Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşündən sonra xüsusi elçi Stiven Vitkoffun Ukraynadakı münaqişənin nizamlanması üzrə səylərini dəstəkləyib.
    Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

    “Atamın administrasiyasında heç kim bu müharibənin başa çatması və Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün Stiv Vitkoffdan çox mübarizə aparmayıb”, o yazır.

    ABŞ prezidentinin oğlunun sözlərinə görə, Amerika isteblişmenti Ukrayna böhranının həlli istiqamətində gördüyü işlərə görə Vitkoffa nifrət edir. Bununla belə, kiçik Tramp vurğuladı ki, əsl liderlər müharibə deyil, sülh üçün mübarizə aparır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR