Vaşinqton Təl-Əvivi ABŞ ordu hissələrinin Suriyadan tezliklə çıxarılması barədə məlumatlandırıb.
SMI xəbər verir ki, ABŞ iki ay ərzində qoşunlarını Suriyadan çıxarmağa başlamağı planlaşdırır.
Bildirilir ki, Vaşinqton İsraili planları barədə məlumatlandırıb, lakin Təl-Əviv rəhbərliyi ABŞ-ın ordunu geri çəkmə qərarından imtina edəcəyini gözləyərək Ağ Evi razı salmağa çalışır.
Qeyd edək ki, 2000-ə yaxın ABŞ əsgəri hələ də Suriyada qalır.
Xatırladırıq ki, bundan əvvəl İsrail hakimiyyəti Suriyadakı vəziyyətlə bağlı Türkiyə ilə əlaqə saxlamışdı. Tərəflər Ərəb Respublikası ərazisində toqquşmaların qarşısını almaq üçün deeskalasiya mexanizmini işləyib hazırlamağa çalışırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.