ABŞ prezidenti Donald Tramp hələlik Ukraynaya səfər etməyi planlaşdırmır. “RİA Novosti” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl CBS telekanalına müsahibəsində Amerika liderini ölkəyə səfərə dəvət etdiyini bildirib. Zelenski əlavə edib ki, Tramp Ukraynaya gəldikdən sonra Rusiya prezidenti Vladimir Putinin “ölkə ilə nəsə etdiyini” başa düşəcək.
Eyni zamanda rusiyalı politoloq Sergey Markov bildirib ki, Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəyə səfər təklifini rədd edəcək.
Bundan əlavə, “Politico” qəzeti yazıb ki, Zelenski mayın 9-da Avropa ölkələrinin liderlərini də Kiyevə dəvət edəcək.
Nəşrin müəlliflərinin qeyd etdiyi kimi, görüş “diplomatik güc nümayişi” və Moskvada hər il keçirilən Qələbə Paradına alternativ olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.