Çərşənbə axşamı Avropa Komissiyası ABŞ prezidenti D.Tramp tərəfindən Aİ mallarına tariflər tətbiq etməmək üçün aqro-ərzaq və rəqəmsal xidmətlər sahəsində qanunlarını yumşaltmaq imkanını istisna edib.
Bununla belə, Euractiv-in məlumatına görə, Avropa Komissiyası “transatlantik ticarətdə digər “qeyri-tarif maneələrinin” aradan qaldırılmasına açıq qalır”.
— Qida, sağlamlıq və təhlükəsizlik standartları: bu qırmızı xəttdir, Avropa Komissiyasının nümayəndəsi Olof Gill bildirib. — Texnologiyalara və rəqəmsal bazarlara aid olan tənzimləmə kimi bu, danışıqların bir hissəsi deyil.
Bu şərhlər Aİ-nin ticarət komissarı Marosh Şefçoviçin dünən Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşündən və Brüsselin ABŞ ilə ticarətdə “qeyri-tarif maneələrini” aradan qaldıra biləcəyini təklif etməsindən sonra edilib.
O.Gil əlavə edib ki, Avropa Komissiyası ABŞ nümayəndələri ilə müzakirə üçün “bir sıra məsələlər” qaldırıb, lakin hansı qaydalara yenidən baxıla biləcəyini dəqiqləşdirməkdən imtina edib.
ABŞ rəsmiləri Aİ-nin aqro-ərzaq istehsalı sahəsində yüksək standartlarını və Apple, Google və Meta kimi Amerika texnologiya şirkətlərinə qarşı antiinhisar araşdırmalarını dəfələrlə pisləyib.
ABŞ Ticarət Nümayəndəliyinin (USTR) martın 31-də dərc etdiyi 400 səhifəlik hesabatında, geni dəyişdirilmiş orqanizmlər, heyvandarlıqda antibiotiklər və pestisidlərə qoyulan məhdudiyyətlər də daxil olmaqla, qida təhlükəsizliyi və ətraf mühitlə bağlı Aİ qanunlarının geniş spektri xarici ticarətə maneələr kimi qeyd edilib.
D.Tramp həmçinin Avropanı xlorla işlənmiş Amerika toyuqlarına uzun müddət qadağa qoyduğuna görə tənqid edib.
Vaşinqton həmçinin Avropa İttifaqının ƏDV dərəcəsini pisləyib, onun sözlərinə görə, Amerika mallarına münasibətdə ayrı-seçkilikdir. Buna baxmayaraq, bu bəyanat Komissiya və Aİ müstəqil analitiklərinin əksəriyyəti tərəfindən rədd edildi