Serbiya prezidenti Aleksandr Vuçiç ölkədə mart etirazları zamanı hökuməti zorakılıqla devirmək məqsədi ilə rəngli inqilaba cəhd edildiyini açıqlayıb.
"Hörmətli Serbiya vətəndaşları, martın 15-də nəhayət ki, ölkəmizdə rəngli inqilab həyata keçirməyə cəhd edildi. Hakimiyyətin zorakılıqla ələ keçirilməsi üçün hər şey hazır idi. Həmçinin səsli silahdan istifadə barədə yalan da hazırlanıb", - Serbiya lideri bildirib.
Respublika prezidenti qeyd edib ki, o, Belqradda keçirilən etiraz aksiyaları zamanı ictimaiyyəti çaşdıran, səs tapançasından və ya digər növ akustik qurğulardan istifadə edilməsi barədə yalan məlumat yayanların hamısını şəxsən məsuliyyətə cəlb etməyə çalışacaq.
Vuçiç Rusiya FSB-nin apardığı araşdırmanın yekun hesabatını da oxuyub. Məlumatda bildirilirdi ki, aksiya zamanı emissiya tipli akustik cihaz, eləcə də Serbiyanın polis orqanlarına məxsus digər cihazlardan istifadə edilməyib.
Martın 17-də Serbiya müxalifəti “Kreni-Promeni” təşkilatı vasitəsilə Belqradda keçirilən etiraz aksiyasında səsli silahdan istifadə edildiyi iddiası ilə bağlı BMT-yə müraciət etmək niyyətində olduğunu bəyan edib.
Serbiyada bir neçə aydır ki, Novi Sad şəhərinin dəmir yolu vağzalında şüşə, metal və betondan hazırlanmış kanopun vağzal binasının giriş qapısının üzərinə çökməsi hadisəsi ilə bağlı kütləvi etirazlar davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.