Səudiyyə Ərəbistanının müdafiə naziri İrana gəlib. Bu, krallığın yüksək rütbəli rəsmisinin 1997-ci ildən bəri İrana ilk səfəridir.
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin rəhbəri Xalid bin Salman Tehrana səfər edib. O, İran rəsmiləri ilə danışıqlar aparacaq.
Əl-Ərəbiyyə telekanalının məlumatına görə, nazirin İran və ABŞ arasında danışıqların ikinci raundu öncəsi gəlişi iki dövlət arasında yaxşılaşan münasibətləri gücləndirəcək.
Qeyd olunur ki, şahzadə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, eləcə də İranın digər yüksək rütbəli rəsmiləri ilə görüşəcək.
Onu da əlavə edək ki, müdafiə nazirinin səfəri Səudiyyə Ərəbistanından yüksək rütbəli rəsmi şəxsin 1997-ci ildən İslam Respublikasına ilk səfəridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.