AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq Cinayət Məhkəməsi Macarıstandan izahat tələb edir

  • + A
  • - A
  • 17-04-2025, 21:52

    Beynəlxalq Cinayət Məhkəməsi Macarıstandan izahat tələb edir

    Beynəlxalq Cinayət Məhkəməsi Macarıstandan Netanyahunun həbsinə dair orderi icra etməkdən imtina etdiyinə görə izahat tələb edir
    Məhkəmə Budapeştin beynəlxalq öhdəliklərini pozduğunu iddia edir.
    Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICU) Macarıstan hökumətindən İsrailin baş naziri Binyamin Netanyahunun Budapeştə son səfəri zamanı ona qarşı çıxarılan beynəlxalq həbs orderinin icrasından imtina ilə bağlı rəsmi izahat tələb edib.
    Məhkəmənin bəyanatına görə, sorğu Roma Statutunun 87-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq, məhkəmə ilə əməkdaşlıq etməyən, bununla da onun funksiya və səlahiyyətlərinin həyata keçirilməsinə mane olan dövlətlərə qarşı işin başlanmasının mümkünlüyünü nəzərdə tutur.
    BCM Macarıstana rəsmi cavab vermək üçün mayın 23-dək vaxt verib.
    Xatırladırıq ki, noyabr ayında Beynəlxalq Cinayət Məhkəməsi Binyamin Netanyahu və İsrailin o vaxtkı müdafiə naziri Yoav Gallantın həbsinə order verib. İsrail liderləri Qəzza zolağında dinc əhaliyə qarşı hücumlar təşkil etməkdə, habelə aclıqdan müharibə aparmaq üsulu kimi istifadə etməkdə, xüsusən də HƏMAS terror qruplaşması ilə hazırkı münaqişə zamanı humanitar yardımın çatdırılmasını əngəlləməkdə ittiham olunurlar.

    Məhkəmə vurğulayır ki, Macarıstan aprelin 3-də - İsrail baş nazirinin gəlişi günündə Budapeştə göndərilən rəsmi müraciətə baxmayaraq, Netanyahunu həbs etməkdən imtina edərək öz öhdəliklərini pozub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR