AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev Çin ilə ticari-iqtisadi əməkdaşlığın potensialından danışıb

  • + A
  • - A
  • 21-04-2025, 21:35

    Prezident İlham Əliyev Çin ilə ticari-iqtisadi əməkdaşlığın potensialından danışıb

    Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan ilə Çin arasında ticarət-iqtisadi əməkdaşlıq getdikcə inkişaf etsə də, iki ölkə arasında hələ də reallaşdırılmamış böyük potensial var.
    Azərbaycan və İran arasında hələ də reallaşdırılmamış böyük ticarət-iqtisadi əməkdaşlıq potensialı var. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinxua agentliyinə müsahibəsində deyib.

    Dövlət başçısı xatırladıb ki, ötən il ölkələr arasında ticarət dövriyyəsi 20,7 faiz artaraq 2023-cü ildə 3 milyard 744 milyon dollar təşkil edib. Bundan əlavə, Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı olub - onun xarici ticarət dövriyyəsindəki payı 7,9 faizə çatıb. Çin idxalda da lider olub, burada göstərici 17,69% təşkil edib.

    “İki ölkə arasında mövcud olan mütərəqqi ticarət-iqtisadi əməkdaşlığa baxmayaraq, böyük, lakin reallaşdırılmamış potensial mövcuddur” - deyən Prezident bəyan edib ki, Azərbaycan ilə Çin arasında Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ölkələr arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, əməkdaşlığın perspektivli sahələrinin axtarışı və sonradan hüquqi müstəvidə möhkəmlənməsi üçün mühüm mexanizmdir. İlham Əliyev onun qərarlarının vaxtında icrasının uğurun rəhni olacağını diqqətə çatdırdı və Çinə səfəri ərəfəsində Komissiyanın 10-cu iclasının Bakıda keçiriləcəyini bildirdi.

    Dövlət başçısı Çində ticarət və şərab evlərinin fəaliyyət göstərdiyini də xatırladıb. Onlar Pekin, Şanxay, Urumçi, Qingdao, Çenqdu, Nankin və Zhangjiajie şəhərlərində işləyirlər. Prezident onların ikitərəfli ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Hazırda Azərbaycanda 375 Çin kapitallı şirkətin qeydiyyatdan keçdiyini deyən nazir, 298-in aktiv olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR