AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası keçirilib

  • + A
  • - A
  • 23-04-2025, 20:52

    Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası keçirilib

    2025-ci il aprelin 23-də Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası baş tutub. Görüş Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu arasında 2022-ci ilin mayında imzalanmış Anlaşma Memorandumuna əsasən təşkil olunub.

    Sözügedən memorandum çərçivəsində hər il keçirilən ekspert şurasının iclasları iki ölkənin aparıcı mütəxəssislərini bir araya gətirməklə, akademik fikir mübadiləsi üçün əlverişli platforma yaradır. Bu cür görüşlər Azərbaycan və Qazaxıstan arasında strateji əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.

    İclas çərçivəsində çıxış edən Milli Məclisin deputatı Nizami Səfərov parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinə geniş toxunub. O, parlament diplomatiyasının müasir dövrdə artan əhəmiyyətindən danışaraq, beynəlxalq münasibətlərin ikitərəfli və çoxtərəfli formatda daha da möhkəmləndirilməsi üçün həyata keçirilməsi vacib olan tədbirləri diqqətə çatdırıb.

    Deputat Nizami Səfərov çıxışında, həmçinin Azərbaycan və Qazaxıstan arasında əlaqələrin daha da güclənməsi üçün parlamentarilər səviyyəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR