AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniya sığınacaq axtaranlar üçün sərhədləri bağlayır

  • + A
  • - A
  • 8-05-2025, 08:44

    Almaniya sığınacaq axtaranlar üçün sərhədləri bağlayır

    Cümə axşamından etibarən Almaniya sığınacaq axtaranları ölkəyə buraxmayacaq və sərhəd nəzarətini gücləndirəcək. Azadmedia.az Euronews-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yeni rəhbəri Aleksandr Dobrindt məlumat verib.
    Merts kansler kimi fəaliyyətinin ilk günündə bəyan edib ki, "hər qeyri-qanuni ölkəyə giriş cəhdi istisnasız olaraq rədd ediləcək. "Etibarlı pasportu olmayanların hamısı üçün faktiki giriş qadağası olacaq." Bu, Aİ-nin təhlükəsiz ölkələrindən keçən sığınacaq axtaran şəxslərə aiddir.

    Fevral ayında Ashaffenburqda ölkəni tərk etmək əmri alan Əfqanıstandan olan 28 yaşlı sığınacaq axtaran şəxs parkda uşaq bağçası qrupuna bıçaqla hücum edib. Bir mərakeşli uşaq və bir alman həlak olub, daha üç nəfər ağır yaralanıb.

    İndi yeni daxili işlər naziri Aleksandr Dobrindt (XSS) Mertsə bu vədi yerinə yetirir.

    Çərşənbə günü Dobrindt federal polisə sərhəd nəzarətini gücləndirmək və qanunsuz giriş halında sənədləri qəbul etməkdən imtina etmək üçün şifahi əmr verib. Bu, Aİ və İsveçrə vasitəsilə ölkəyə ilk dəfə daxil olan sığınacaq axtaran şəxslərə aiddir.

    Qeyd olunur ki, Merkelin 2015-ci ildə verdiyi sərəncamda federal polis əməkdaşlarına sığınacaq üçün müraciət etmək istəyən qeyri-qanuni mühacirlərin Almaniya sərhədini keçməsinə icazə verilməsi tapşırılıb. Bu sərəncam nəticəsində yüz minlərlə insan doqquz il ərzində nəzarətsiz şəkildə Almaniyaya daxil oldu və sonda sığınacaq hüququ qalmadı. Nəzarətsiz, qeyri-qanuni miqrasiya Almaniyada artan cinayət və zorakılıq kimi təhlükəsizlik problemlərinə səbəb olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR