AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa rəsmiləri İstanbula səfər edə bilər

  • + A
  • - A
  • 13-05-2025, 11:50

    Avropa rəsmiləri İstanbula səfər edə bilər

    Avropa rəsmiləri Rusiya və Ukrayna arasında qarşıdan gələn danışıqların keçiriləcəyi İstanbula səfər edə bilərlər. Bu barədə media yazır.
    “The Guardian” qəzeti yazır ki, Ukrayna tərəfinin danışıqlara hazır olmasına əmin olmaq üçün Avropa strukturlarının nümayəndələri Moskva və Kiyev arasında görüş keçiriləcək İstanbula səfər edə bilərlər:

    “Ehtimal var ki, bəzi avropalı rəsmilər də İstanbulda iştirak edəcəklər ki, Ukrayna danışıqları aparan komandanın hazırlığı nisbətən az olan potensial əhəmiyyətli danışıqlara hazır olsun”

    Bundan əvvəl ABŞ prezidenti Donald Tramp etiraf etmişdi ki, o, Rusiya və Ukrayna arasında iddia edilən danışıqların keçiriləcəyi gün İstanbula səfər edə bilər.

    Xatırladırıq ki, şənbə və bazar gününə keçən gecə Vladimir Putin İstanbulda Ukrayna ilə danışıqlar prosesini bərpa etmək niyyətində olduğunu bəyan edib. Ukrayna prezidenti Vladimir Zelenski də öz növbəsində Rusiya tərəfi ilə birbaşa görüşə razılıq verib. Moskva ilə Kiyev arasında danışıqların mayın 15-də başlayacağı güman edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR