Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.
Türkiyə Prezidenti Administrasiyası yanında Rabitə İdarəsinin məlumatına görə görüşdə Türkiyə ilə Şimali Atlantika Alyansı arasında münasibətlər, Rusiya Federasiyası ilə Ukrayna arasındakı münaqişə, regional və beynəlxalq problemlər müzakirə olunub.
Söhbət zamanı prezident Ərdoğan Türkiyənin NATO-ya böyük əhəmiyyət verdiyini vurğulayıb. Onun sözlərinə görə, bunun təsdiqi olaraq Ankara növbəti dəfə Kosovodakı NATO qüvvələrinə komandanlıq edəcək.
Türkiyə lideri vurğulayıb ki, Ankara terrorla mübarizədə müttəfiqlərindən əməkdaşlıq gözləyir. Prezident əmin edib ki, Türkiyə daxili və xarici çağırışlara baxmayaraq, NATO-nun qüdrətini qorumaq üçün bütün lazımi səyləri göstərməyə davam edəcək.
Prezident Ərdoğan Türkiyənin qalıcı və ədalətli sülhün bərqərar edilməsi yolu ilə Ukrayna ilə Rusiya arasında münaqişənin sona çatması istiqamətində səylərini gücləndirdiyini qeyd edib. Dövlət başçısı Ankaranın Rusiya Federasiyası ilə Ukrayna arasında hərtərəfli atəşkəs rejiminin yaradılmasını qətiyyətlə dəstəklədiyini vurğulayıb. Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan Türkiyənin NATO-nun bu münaqişənin bir hissəsi olmamalı olduğu mövqeyinə sadiq qaldığını bildirib. Prezident Ərdoğan sülhün bərqərar olması üçün yaradılan fürsəti əldən verməyin yolverilməzliyinə diqqət çəkdi.
Görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak edib.
Xatırladaq ki, NATO-nun baş katibi Mark Rutte NATO xarici işlər nazirlərinin Antalyada qeyri-rəsmi görüşü ərəfəsində (14-15 may) Türkiyədə səfərdədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.