Türkiyə yeni dövrə qədəm qoyur. Türkiyəli millət vəkili
"Türkiyə Silahlı Qüvvələri son 10 il ərzində terrora qarşı mübarizə aparıb. Harda terror qruplaşması olubsa, dərhal hərbi əməliyyatlar həyata keçirilib". Bu fikirləri Azad media.az-a açıqlamasında türkiyəli millət vəkili Orxan Erdem PKK-nın özünü ləğv etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu mənada uzun illər çox çətin hadisələr baş verib:
"Hətta Türkiyə ölkədən kənarda da, məsələn, Suriya və İraqda da terrorun kəsilməsini müzakirə edib. Bu baxımdan da, terrorsuz Türkiyə daha gözəl və hüzurlu olacaq. Məhz bu istiqamətdə müsbət addımlar atılır. Təbii ki, son 40 ildə Türkiyə 15.000 şəhid verib. Minlərlə insan həyatını itirib. Hesab edirəm ki, beynəlxalq sahədə də ciddi işlər görüləcək. Çünki Türkiyə hər zaman masada olan Türkiyədir. Artıq Türkiyə yeni dövrə qədəm qoyur. Hesab edirəm ki, PKK-nın ləğvi Türkiyəni daha uğurlu edəcək. Qlobal və regional miqyasda Türkiyənin rolu daha da artacaq"