AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ədalət Partiyasının IX Qurultayı: Yeni sədrlə yeni mərhələyə doğru

  • + A
  • - A
  • 18-05-2025, 18:19

    Ədalət Partiyasının IX Qurultayı: Yeni sədrlə yeni mərhələyə doğru

    2025-ci il mayın 17-də Qafqaz Biznes Mərkəzində Ədalət Partiyasının növbəti – IX Qurultayı keçirildi. Bu Qurultay partiyanın qurucusu, Azərbaycan Respublikasının sabiq ədliyyə naziri, hüquq elmləri doktoru, professor, mərhum İlyas İsmayılovun vəfatından sonra keçirilən ilk ali toplantı idi. Qurultay iştirakçıları tədbirin əvvəlində İlyas İsmayılovun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

    Tədbirdə partiya üzvləri, ictimai xadimlər, ziyalılar və media nümayəndələri iştirak etdilər. Qurultayda çıxış edən tanınmış auditor, "Tərəqqi" medallı Çingiz Abbasov partiyanın bugünkü maliyyə durumu və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verdi. O, öz çıxışında İlyas İsmayılovun siyasi irsindən bəhs edərək, onun prinsipial mövqeyinin, hüquqi dövlət quruculuğuna verdiyi töhfələrin bu gün də aktuallığını qoruduğunu bildirdi:

    “Mərhum İlyas İsmayılov Ədalət Partiyasını sadəcə bir siyasi qurum kimi deyil, eyni zamanda cəmiyyətə dürüstlük, şəffaflıq və hüquqi ədalət gətirmək missiyasını daşıyan bir platforma kimi yaratmışdı. Biz onun müəyyən etdiyi prinsiplərə sadiq qalaraq, partiyanın sabit inkişafı və möhkəmlənməsi üçün maliyyə və təşkilati əsasları qoruyub saxlamışıq”.
    Qurultayın əsas məqamlarından biri partiyanın yeni sədrinin seçilməsi oldu. Səsvermə nəticəsində Mütəllim Rəhimov yekdilliklə Ədalət Partiyasının yeni sədri seçildi. Əleyhinə səs verən olmadı. Yeni sədrin namizədliyi partiyanın müxtəlif region təşkilatları tərəfindən irəli sürülmüş və geniş dəstək qazanmışdı.

    Mütəllim Rəhimov çıxışında göstərilən yüksək etimada görə partiya üzvlərinə təşəkkürünü bildirərək, Ədalət Partiyasının gələcək fəaliyyətində islahatların davam etdiriləcəyini və təşkilati birliyin qorunacağını vurğuladı:
    “Mənim üçün bu, həm böyük şərəf, həm də məsuliyyətdir. Ədalət Partiyasının banisi İlyas İsmayılovun irsi bizim üçün yol xəritəsidir. Onun ədalətə, demokratik dəyərlərə və insan hüquqlarına sadiqliyi bu gün də yolumuzu işıqlandırır. Qarşıdakı dövrdə biz bu irsi qorumaqla yanaşı, partiyanı müasir çağırışlara cavab verən daha dinamik bir təşkilata çevirmək niyyətindəyik”.
    Qurultayda həmçinin partiyanın rəhbər orqanlarının yeni tərkibi formalaşdırıldı. Yeni idarə heyəti, nəzarət-təftiş komissiyası və digər struktur vahidləri seçildi. Qurultayın sonunda qeyd olundu ki, yaxın günlərdə partiyanın gələcək fəaliyyət planları və siyasi prioritetləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
    Bütün çıxışlarda qeyd edildi ki, Ədalət Partiyası yeni mərhələyə qədəm qoyaraq, milli maraqlara, hüquqi dövlətə və vətəndaş cəmiyyətinə xidmət edən mövqeyini daha da gücləndirmək niyyətindədir.

    Elnurə Abuşova









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR