Uşakov: Putin və Tramp şəxsən dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığı zamanı bütün məsələlər, o cümlədən Ukrayna üzrə dialoqun davam etdirilməsi, həmçinin şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər. “İnterfaks” xəbər verir ki, bu barədə Rusiya Federasiyası rəhbərinin müavini Yuri Uşakov məlumat verib.
“Prezidentlər qaldırılan bütün məsələlər, o cümlədən, təbii ki, Ukrayna mövzusu üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər və onlar gələcəkdə şəxsi görüş təşkil etmək imkanını nəzərə alıblar”, - Kreml nümayəndəsi bildirib.
O qeyd edib ki, onun həyata keçirilməsi üçün lazımi ilkin şərtlərin yaradılması lazımdır. Uşakovun sözlərinə görə, iki ölkənin liderləri “belə bir görüşün yaxşı və hərtərəfli hazırlanmalı olması ilə razıdırlar”.
Mayın 19-da Putin və Tramp arasında müddəti iki saatı ötmüş telefon danışığı olub. Rusiya lideri söhbətin çox mənalı və çox səmimi olduğunu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.