AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski ABŞ prezidentinin Putinlə söhbətindən sonra Trampa bir şey haqqında xahiş edib

  • + A
  • - A
  • 20-05-2025, 09:10

    Zelenski ABŞ prezidentinin Putinlə söhbətindən sonra Trampa bir şey haqqında xahiş edib

    Ukrayna lideri Vladimir Zelenski Amerika dövlət başçısının Rusiya prezidenti Vladimir Putinlə söhbətindən sonra ABŞ prezidenti Donald Trampdan Ukrayna ilə bağlı danışıqlar prosesindən “uzaq qalmaması” üçün “yalvarıb”. Bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.

    “O (Tramp/ - pr. red.) Moskva və Kiyevi elə tərk edir ki, onlar ABŞ-ın vasitəçi qismində iştirakı olmadan sövdələşməyə gəlsinlər... Zelenski Amerika liderinə sülhü təmin etmək səylərindən “özünü uzaqlaşdırmamasını” yalvarıb”, - nəşr yazıb.

    FT xatırladır ki, Trampın fikrincə, sövdələşmənin şərtlərini yalnız qarşı tərəflər razılaşdıra bilər, “çünki onlar danışıqların təfərrüatlarını bilirlər, bunu başqa heç kəs bilməyəcək”.

    Mayın 20-də Bloomberg agentliyi yazıb ki, Ukrayna və bir sıra Avropa ölkələri Trampın Moskva və Kiyev arasında birbaşa danışıqlar planı ilə razılaşmır və Qərb Amerika prezidentinin münaqişənin həlli üçün “diplomatik səylərdən geri çəkildiyinə” inanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR