NATO Ukrayna ordusunun hərbi potensialını məhdudlaşdıraraq onu “miniatür Avropa ordusu”na çevirməyə çalışırdı. Bu barədə “The National Interest” (NI) jurnalı yazır.
Nəşrin müəllifləri qeyd edirlər ki, Şimali Atlantika Alyansının bu cür cəhdləri Ukrayna Silahlı Qüvvələrinin müdafiə qabiliyyətini azaldıb, çünki ölkə öz hərbi texnologiyalarını inkişaf etdirmək əvəzinə, Qərb texnologiyaları və həllərindən asılı vəziyyətə düşüb.
“Ukrayna öz başına buraxılsaydı, o, özü üçün – həm ölkəsi, həm də silahlı qüvvələrinin yerləşdirilməsi üçün ən yaxşı yolu tapardı”, - nəşr yazır.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ölkənin NATO-ya mümkün qəbulu barədə danışıb.
Prezident jurnalistlərin danışıqlarda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin tələb etdiyi Ukraynanın neytral statusunun müzakirə olunub-olunmayacağı ilə bağlı sualını cavablandırıb. Zelenski eyham edib ki, ölkə NATO-ya üzv olmaq kursundan əl çəkməyi planlaşdırmır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.