AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

R.Koçaryanın sərsəm fikirləri heç nəyi dəyişməyəcək

  • + A
  • - A
  • 20-05-2025, 20:45

    R.Koçaryanın sərsəm fikirləri heç nəyi dəyişməyəcək

    Ermənistanın ikinci prezidenti R. Koçaryan yeni açıqlamaları ilə diqqət çəkib. Ölkəsinin hakim partiyasına savaş açan keçmiş rəhbər öz başına və səbəbsiz meydana atılmayıb. 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Görünür müxalifətdə olan Koçaryan seçkilərə səssiz qatılmağı düşünmür. Məhz buna görə də qərbpərəstlərlə rusiyapərəstlərin seçki öncəsi savaşı Ermənistan daxilində gərginliyi artırır. İddialara görə, R. Koçaryan Moskvadan aldığı əmr və təlimatlara uyğun olaraq addım atır

    Əslində Ermənistan hakimiyyətində təmsil olunmuş keçmiş hərbi xunta hazırki baş nazir N.Pasinyana qarşı revanş götürməyə çalışırlar. Məsələn, sabiq prezident Robert Koçaryan bu ilin əvvəlində keçirdiyi mətbuat konfransında ölkəsinin Avropa İttifaqına üzvlük prosesi ilə bağlı parlamentdə qəbul edilən qanun layihəsini sərt tənqid edib. Bu o deməkdir ki, N. Paşinyanin qərbə meyllənməsi keçmiş hərbi xunta üzvünü bərk qəzəbləndirib. Qısa fasilədən sonra Koçaryan yenə də Rusiyaya sadiqliyini nümayiş etdirib. Son müsahibəsində yeganə xilasimiz Rusiyadi deməklə əsl mahiyyətini ortaya qoyub.

    Ümumiyyətlə son vaxtlar Ermənistanin daxilində Rusiya meylli qüvvələrin aktivliyi müşahidə olunur. Sabiq prezidentin bəyanatlarının təhlili göstərir ki, o, ölkədə fəaliyyət üçün əsas iki istiqamət seçib: Qarabağ erməniləri kartından istifadə və Rusiyadan qopmağın fəsadlarını cəmiyyətə çatdırmaq. Bununla da Koçaryan həm müəyyən dairələrə, xüsusən də Moskvaya dəstək üçün mesaj göndərib. həm də Qarabağ erməniləri kartından növbəti parlament seçkilərində istifadə edəcəyinə işarə vurub. Təbii ki, Koçaryanın bəyanatları heç bir nəticə verməyəcək. Reallıq ondan ibarətdir ki, artıq Ermənilər belə onu qəbul etmir. Bu baxımdan da, onun çabaları fayda verməyəcək


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR