AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat:"Ermənistan şərtlərimizi qəbul etməlidir"

  • + A
  • - A
  • 21-05-2025, 20:43

    Deputat:"Ermənistan şərtlərimizi qəbul etməlidir"

    "Ermənistan və Azərbaycan sülh müqaviləsinin yekun mətni hazırdı. Növbədə sülh müqaviləsinin imzalanmasıdır. Reallıq isə hələ də sülhün çox uzaqda olmasıdır. Cənubi Qafqazda sülh və sabitliyə xidmət edən Azərbaycanın konkret və dəyişilməz şərtləri var". Bu fikirləri deputat Tural Gəncəliyev AzadMedia.az-a açıqlamasında rəsmi İrəvanın sülh gündəliyinə xələl gətirdiyini qeyd edərkən deyib.
    Onun sözlərinə görə, Ermənistan birmənalı olaraq konstitusiyasıni dəyişməlidir:
    "Azərbaycana qarşı ərazi iddialarıni aradan qaldırmalıdır. Digər məsələ ATƏT-in Minsk qrupu ilə bağlıdır. Adıçəkilən bu təsisat de-fakto olaraq fəaliyyət göstərməsə də, de-yure olaraq qalmaqda davam edir. Halbuki Ermənistanda da anlayırlar ki, şərtlər heç bir halda geri qayıtmayacaq. Çünki Azərbaycan bütün məsələlərdə doğru və dəqiq addım atır. Qətiyyətli mövqe sərgiləyir. Bu baxımdan da həm konstitusiyada ərazi iddiasının aradan qaldırılmaması, həm də ATƏT-in Minsk qrupunun ləğv edilməməsi sülh prosesinə xələl gətirir"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR