AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abdullah Öcalan yenidən RPK-nı silahlarını yerə qoymağa çağırıb

  • + A
  • - A
  • 9-07-2025, 13:16

    Abdullah Öcalan yenidən RPK-nı silahlarını yerə qoymağa çağırıb

    RPK lideri Öcalan partiyanın radikal qruplaşmalarını silahlı müqavimətə son qoymağa çağırıb.
    Kürdüstan Fəhlə Partiyasının (RPK) lideri Abdulla Öcalan tərəfdarlarını yenidən silahları yerə qoymağa və silahlı mübarizəni dayandırmağa çağırıb. 

    "Mən silahın gücünə deyil, siyasətin və sosial sülhün gücünə inanıram. Sizi bu prinsipə əməl etməyə dəvət edirəm"- Abdullah Öcalan deyib.

    Öcalan İmralı adasındakı həbsxanadan radikallara üz tutub. O, partiyanı demilitarizasiya etmək üçün təcili tədbirlər görməyə çağırıb. 

    Xatırladırıq ki, RPK-nın buraxılması və tərksilah edilməsi haqqında qərar partiyanın mayın əvvəlində keçirilən XII qurultayının yekunlarına əsasən qəbul edilib. Qəbul edilən bəyannamədə partiya ilə Türkiyə arasında 40 ildir davam edən qarşıdurmanın sona çatdığı bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR