AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Qırğızıstan vətəndaşları üçün viza verilməsinə yeni məhdudiyyətlər tətbiq edib

  • + A
  • - A
  • 10-07-2025, 10:24

    ABŞ Qırğızıstan vətəndaşları üçün viza verilməsinə yeni məhdudiyyətlər tətbiq edib

    Azadmedia az Kabar.kg-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin dərc etdiyi məlumata görə, bu həftədən Qırğızıstan Respublikası vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsinə yeni məhdudiyyətlər tətbiq edilib.
    Eyni zamanda, Qırğızıstan Xarici İşlər Nazirliyi bu tədbirlərin Amerika tərəfi tərəfindən birtərəfli qaydada və Qırğızıstan tərəfini əvvəlcədən xəbərdar etmədən həyata keçirildiyini, bunun narahatlıq doğurduğunu və diplomatik dialoq çərçivəsində aydınlaşdırma tələb etdiyini vurğulayıb.

    — Bununla əlaqədar yaxın vaxtlarda Qırğızıstan Respublikası Xarici İşlər Nazirinin müavini Almaz İmanqaziyevin Amerika Birləşmiş Ştatlarının Qırğız Respublikasındakı səfiri Lesli Viqeri ilə görüşü baş tutacaq. Görüş zamanı məhdudiyyətlərin tətbiqinin səbəbləri, onların yumşaldılmasının mümkün yolları, həmçinin gələcəkdə oxşar halların qarşısının alınması üçün tədbirlər müzakirə edilməsi planlaşdırılır”, - Qırğızıstanın Xarici İşlər Nazirliyi qeyd edib. 

    Bildirilir ki, Qırğız Respublikasının Xarici İşlər Nazirliyi Amerika tərəfi ilə konstruktiv qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir və bundan sonra da Qırğızıstan Respublikası vətəndaşlarının xaricdə hüquq və mənafelərinin qorunması istiqamətində fəaliyyətini davam etdirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR