AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avrotroyka və İran danışıqlar aparmağa razılaşıblar

  • + A
  • - A
  • 20-07-2025, 14:11

    Avrotroyka və İran danışıqlar aparmağa razılaşıblar

    “Avrotroyka” ilə İran arasında görüş yaxın vaxtlarda baş tuta bilər. Hazırda tərəflər görüş yeri və tarixi ilə bağlı danışıqlar aparır.
    Avrotroyka (Böyük Britaniya, Almaniya və Fransa) nümayəndələri və İran nüvə məsələsi üzrə danışıqların aparılması barədə razılığa gəliblər. Bu barədə məlumatlı mənbə məlumat verib.

    Tasnim agentliyi yazır ki, görüşün yeri və tarixi ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

    Onun sözlərinə görə, tərəflər bu məsələ ilə bağlı danışıqları davam etdirirlər.

    Bir neçə gün əvvəl Avrotroyka ölkələri və İran diplomatlarının görüşünün istər Vyanada, istərsə də Cenevrədə baş tuta biləcəyi xəbəri yayılmışdı.
    Xatırladırıq ki, əvvəllər məlum olmuşdu ki, yayın sonuna qədər nüvə sazişi məsələsində irəliləyiş olmasa, Avrotroyka İslam Respublikasına qarşı sanksiya təzyiqini bərpa etməyə hazır olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR