AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Netanyahu Fransanın Fələstini tanımaq qərarını pisləyib

  • + A
  • - A
  • Dünən, 11:28

    Netanyahu Fransanın Fələstini tanımaq qərarını pisləyib

    Benyamin Netanyahu Fransanın Fələstini tanımaq qərarını tənqid edərək, bunu “terrorun mükafatı” adlandırıb.
    İsrailin baş naziri Benyamin Netanyahu Parisin Fələstini tanımaq qərarını pisləyib. İsrailli siyasətçinin fikrincə, bu qərar yəhudi dövlətinin təhlükəsizliyinə təhdid yaradacaq. 

    "Belə bir addım terrorun mükafatı olacaq və İranın daha bir marionetini yaratmaq riski olacaq - Qəzza zolağında olduğu kimi. Bu şəraitdə Fələstin dövləti dinc qonşu yox, İsrailin məhvi üçün körpübaşı olacaq. Düzünü desək: fələstinlilər İsrailin yanında mövcud olacaq dövlət istəmirlər - İsrailin əvəzinə dövlət istəyirlər".- Benyamin Netanyahu bildirib.

    Qeyd edək ki, Vaşinqton da Parisin Fələstini tanımaq qərarını dəstəkləməyib. ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, bu hərəkətlər HƏMAS-ın əlinə keçəcək və sülhün əldə olunmasına maneə olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR