AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

XİN: Azərbaycan–Türkiyə qardaşlığı gələcək nəsillər üçün örnək olacaq

  • + A
  • - A
  • Bu gün, 08:15

    XİN: Azərbaycan–Türkiyə qardaşlığı gələcək nəsillər üçün örnək olacaq

    Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib.

    Bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub.

    "29 Oktyabr - Türkiyə Respublikasının əsasının qoyulmasının 102-ci ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik. Bu tarixi gündə, Türkiyə Respublikasının banisi, dahi Mustafa Kamal Atatürkü, eləcə də Cümhuriyyətin yaradılması uğrunda canlarını fəda etmiş şəhidlərimizi və qazilərimizi dərin ehtiramla yad edirik. Bölgədə sülhün, ədalətin və inkişafın rəmzinə çevrilmiş Türkiyə Respublikası, eləcə də bənzəri olmayan Azərbaycan–Türkiyə qardaşlığı əbədi yaşayacaq və gələcək nəsillər üçün örnək olacaqdır. Bu əlamətdar gün münasibətilə qardaş Türkiyəyə daim sülh, rifah və tərəqqi arzulayır, Azərbaycan–Türkiyə birliyinin və qardaşlığının əbədi olacağına əminliyimizi ifadə edirik. Türkiyənin Cümhuriyyət Günü mübarək!", - paylaşımda qeyd edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR