Almaniyanın paytaxtı Berlində 8 və 9 may tarixlərində Georgi lentlərinin yenidən qadağan ediləcəyi ehtimal olunur. Bu barədə polis mətbuat xidmətinə istinadən Izvestia qəzeti məlumat yayıb.
Polis bildirib ki, hələlik hakimiyyət orqanları yekun qərara gəlməyib, lakin görünən odur ki, ötən il tətbiq edilən məhdudiyyətlər bu il də qüvvədə olacaq. Bu isə o deməkdir ki, sovet və Rusiya simvolları, o cümlədən Georgi lentləri qadağan edilə bilər.
24 aprel tarixində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zakharova Georgi lentini “müqəddəs suya bənzədərək, ona reaksiyanı ‘şər qüvvələrin’ göstərdiyi reaksiya kimi” təsvir etmişdi.
2025-ci ilin aprelində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Almaniyada Georgi lentlərinə qoyulan qadağanı şərh edərək, bunun Almaniyanın İkinci Dünya Müharibəsinin nəticələrini, öz məsuliyyətini və Avropa xalqlarına qarşı törədilən “cinayətlərə görə peşmançılığını” qəbul etməkdən uzaqlaşdığını göstərdiyini bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.