AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT Hörmüz boğazında beynəlxalq hüquqa və gəmiçilik azadlığına əməl etməyə çağırdı

  • + A
  • - A
  • Bu gün, 13:05

    BMT Hörmüz boğazında beynəlxalq hüquqa və gəmiçilik azadlığına əməl etməyə çağırdı

    BMT ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının akvatoriyasını ABŞ ərazisi elan edə biləcəyi ilə bağlı açıqlamalarından sonra beynəlxalq hüquqa və gəmiçilik azadlığına riayət etməyə çağırıb.

    BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik TASS-a açıqlamasında beynəlxalq prosesin iştirakçılarını Hörmüz boğazında və onun ətrafında naviqasiya hüquqlarına riayət etməyə çağırıb.

    “Biz Hörmüz boğazında və onun ətrafında beynəlxalq hüquqların və gəmiçilik azadlığının tam bərpasına yenidən çağırırıq. Naviqasiya hüquqları və azadlıqları beynəlxalq hüquqa uyğun olaraq bütün tərəflər tərəfindən qorunmalıdır”, – deyə Stefan Dujarrik bildirib.

    Qeyd edək ki, Donald Tramp daha əvvəl polis akademiyasında çıxışı zamanı İranın tam məğlubiyyətindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib. Məlumata görə, ABŞ qüvvələrinin boğazı blokadası davam edir və hər hansı gəminin keçidi yalnız onların icazəsi ilə mümkündür. Akvatoriyaya tam nəzarətin isə avqustun 12-dən etibarən saxlanıldığı bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR