AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putinin ŞƏT sammitindən sonra keçirəcəyi görüşlərin detalları açıqlanıb

  • + A
  • - A
  • Bu gün, 20:49

    Putinin ŞƏT sammitindən sonra keçirəcəyi görüşlərin detalları açıqlanıb

    Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən sonra bir sıra ölkələrin liderləri ilə görüşəcək.

    Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

    Onun sözlərinə görə, Putin ilk olaraq İran Prezidenti Məsud Pezeşkianla görüşəcək. Uşakov görüşün Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və İran ətrafında yaranmış mürəkkəb vəziyyət fonunda xüsusilə aktual olduğunu bildirib. Tərəflərin əsas müzakirə mövzularından biri Yaxın Şərqdə vəziyyət və onun nizamlanması olacaq. Bundan əlavə, Rusiya-İran ikitərəfli münasibətləri də müzakirə ediləcək.

    Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də planlaşdırılıb. Görüş zamanı Qara dənizdə baş verən proseslər, Ukrayna münaqişəsi, eləcə də Rusiya-Türkiyə ticarət-iqtisadi tərəfdaşlığının gələcək inkişafı müzakirə olunacaq.

    Rusiya liderinin Ermənistanın Baş naziri Nikol Paşinyanla da danışıqları nəzərdə tutulur.

    Yuri Uşakov bildirib ki, görüşdə Ermənistanın Avropa İttifaqına üzvlük istiqamətində atdığı addımlar və eyni zamanda Avrasiya İqtisadi İttifaqı çərçivəsində əldə etdiyi iqtisadi üstünlüklər məsələsi gündəmə gətiriləcək.

    “Biz hesab edirik ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində böyük üstünlüklər əldə etməklə yanaşı, eyni zamanda Aİ-yə üzvlüyə can atmamalıdır. Bu məsələyə müəyyən şəkildə aydınlıq gətirilməlidir”, – deyə Uşakov vurğulayıb.

    Qeyd edək ki, ŞƏT sammitində təşkilata üzv olan 10 ölkənin liderləri ilə yanaşı, Azərbaycan, Ermənistan, Vyetnam, Misir, Laos, Monqolustan, Toqo və Türkiyənin nümayəndə heyətləri də iştirak edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR