AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev gələcək enerji planlarından danışdı

  • + A
  • - A
  • Bu gün, 09:43

    İlham Əliyev gələcək enerji planlarından danışdı


    “Bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”

    Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatı üçün mühüm prioritet istiqamətlərdən birinin bərpaolunan enerji olduğunu açıqlayıb.

    Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan tədbirdə bildirib ki, Azərbaycanın bu sahədə böyük potensialı var.

    Dövlət başçısının sözlərinə görə, günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi əsas hədəflər sırasındadır.

    “Bizim məqsədimiz təbii qazdan istifadəni mümkün qədər azaltmaq, bu ehtiyatları ixrac üçün istifadə etməkdir. Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”, - deyə Prezident İlham Əliyev qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR