AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda qaz hasilatı 5 milyard kubmetr artacaq

  • + A
  • - A
  • Bu gün, 10:01

    Azərbaycanda qaz hasilatı 5 milyard kubmetr artacaq

    İlham Əliyev bu gün imzalanacaq müqavilələri açıqladı

    Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qaz hasilatının artırılması ilə bağlı yeni layihənin detallarını açıqlayıb.

    Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib ki, bu gün Abşeron yatağının ikinci mərhələsinin işlənməsi haqqında müqavilə imzalanacaq.

    Onun sözlərinə görə, layihənin reallaşdırılması nəticəsində üç-dörd ildən sonra Azərbaycanda qaz hasilatı əlavə 5 milyard kubmetr artacaq.

    Dövlət başçısı bu gün “Exxon” şirkəti ilə də müqavilə imzalanacağını bildirib. O qeyd edib ki, sənəd Azərbaycanda böyük potensiala malik qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsini nəzərdə tutur.

    “Kəşfiyyat işləri uğurlu olarsa, bu, Azərbaycanda yeni neft-qaz bumuna səbəb ola bilər”, – İlham Əliyev deyib.

    Prezident neft-qaz sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətini qoruyacağını vurğulayıb. Onun sözlərinə görə, bu sahə uzunmüddətli perspektivdə də investisiyalar üçün ən cəlbedici istiqamətlərdən biri olacaq.

    İlham Əliyev Azərbaycanın enerji imkanlarının rəqəmsal inkişaf, məlumat mərkəzləri və süni intellekt sahələrində də istifadə edilə biləcəyini bildirib.

    Dövlət başçısı Azərbaycanın bərpaolunan enerji sahəsində istehsal, ötürmə və saxlama imkanlarını genişləndirdiyini qeyd edib. Hazırda ölkədə 250 meqavat gücündə enerji saxlama sistemlərinin olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR