Hikmət Hacıyev sülh sazişinin şərtini açıqladı

Azərbaycan Ermənistan Konstitusiyasına dəyişiklik gözləyir.
Azərbaycan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini gözləyir.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda danışıb.
H.Hacıyev bildirib ki, sözügedən dəyişikliklərdən sonra yekun sülh sazişinin reallaşdırılması mümkün olacaq.
O, Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunduğunu, lakin bunun dayanıqlılığının qorunmasının vacibliyini qeyd edib.
Azərbaycan rəsmisi Ermənistan hökumətini cəmiyyətin sülhə hazırlanması istiqamətində fəal fəaliyyət göstərməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.