AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev: Bu, YAP-ın tam suveren Azərbaycan şəraitində ilk qurultayıdır

  • + A
  • - A
  • Bu gün, 11:47

    İlham Əliyev: Bu, YAP-ın tam suveren Azərbaycan şəraitində ilk qurultayıdır

    Prezident: Azərbaycan Zəfərdən sonra bölgədə yeni reallıqlar yaradıb

    Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edərək qurultayın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra ilk dəfə keçirildiyini bildirib.

    O qeyd edib ki, partiyanın VII Qurultayı da yeni reallıqların formalaşdığı bir vaxtda keçirilib. Prezidentin sözlərinə görə, həmin dövrdə 44 günlük müharibədə qazanılan Zəfərdən cəmi bir neçə ay ötmüşdü.

    İlham Əliyev bildirib ki, Azərbaycan həm işğala son qoyub, həm də regionda yeni reallıqlar yaradıb. Onun sözlərinə görə, bu reallıqlar sonrakı dövrdə bütün dünya tərəfindən qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR