AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev: YAP-ın yaradılması xalqın tələbi idi

  • + A
  • - A
  • Bu gün, 11:53

    İlham Əliyev: YAP-ın yaradılması xalqın tələbi idi

    Prezident Heydər Əliyevin siyasi irsindən danışıb

    “Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi”.

    Prezident İlham Əliyev bunu YAP-ın VIII Qurultayında çıxışı zamanı deyib.

    Dövlət başçısı bildirib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması da Azərbaycan xalqının tələbi olub.

    Prezidentin sözlərinə görə, Heydər Əliyev həmin dövrdə Azərbaycanda olsaydı, ölkədə baş verən proseslərin və Qarabağda separatizm meyllərinin qarşısını alardı.

    İlham Əliyev qeyd edib ki, Azərbaycan xalqı çıxış yolunu Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü.

    Prezident vurğulayıb ki, Ulu Öndərin siyasi xətti bu gün də davam etdirilir.

    “İllər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır - müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmək imkanları”, - deyə dövlət başçısı bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR