"LİBRAFF" mağazalar şəbəkəsində yeni təyinat olub.
Bundan sonra mağazalar şəbəkəsinə diksiya mütəxəssisi və aparıcı Cəlalə Nəzəroğlu rəhbərlik edəcək.
Bu barədə C.Nəzəroğlu özü məlumat verib: "Dostlar, mən yeni vəzifəyə təyin olundum. Bundan sonra "LİBRAFF" mağazalar şəbəkəsinə rəhbərlik edəcəm. Göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən, Tale Heydərova təşəkkür edirəm".
Qeyd edək ki, Cəlalə Nəzəroğlu son olaraq ASAN Radioda çalışıb.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.