AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan hərbçiləri Xankəndidə -Təfərrüat

  • + A
  • - A
  • 4-12-2020, 14:25


    “Azərbaycan hərbçiləri erməni yaşayış məntəqələrinə girirlər. Şahidlərin dediklərinə görə, azərbaycanlı əsgərlər Stepanakert (Xankəndi) supermarketlərində alış-veriş edirlər”.

    Bu barədə Ermənistanın “Politik.am” nəşri məlumat yayıb. Məlumatda deyilir ki, “Onları Rusiya sülhməramlıları müşayiət edir.

    Ancaq bu insanlar heç bir şey olmamış kimi mağazalarımızda alış-veriş edirlər. Nikol, ləyaqət, şərəf haqqında heç bir fikriniz yoxdur. Ancaq başa düşün ki, bu kimi hərəkətlər başqa bir partlayışa səbəb olacaq.

    Onda siz burada olmayacaqsınız, amma qərarlarınızın ağır nəticələrini yenə də biz hiss edəcəyik”.

    Qeyd edək ki, qondarma “DQR” prezidentinin təhlükəsizlik üzrə keçmiş müşaviri Tiqran Abrahamyan da Nikol Paşinyana sərt mesaj göndərib:

    “25 gün keçib, amma hələ də erməni əsgərlərin meyitləri təhvil verilmir. Əsirlər qaytarılmır, üstəlik, Azərbaycan əsgəri Xankəndidəki mağazalardan alış-veriş edir. Türk agenti Paşinyan, bütün bunlara görə cavab verməlisən!”. (Konkret)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR