AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu günkü qərarlar bir daha sübut etdi ki, hər şey dövlətin diqqətindədir

  • + A
  • - A
  • 2-03-2021, 23:13


    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı

    Bu gün Od çərşənbəsi idi, Azərbaycan xalqı hər şeyə rəğmən adət-ənənələrinə sadiq qalaraq bayram əhval-ruhiyyəsi yaratmağa çalışırdı. Bu gün eşitdiyimiz xəbərlər bayrama rəng qatdı, minlərlə ailənin sevincinə səbəb oldu. Bu gün neçə-neçə əsgər ailəsi, neçə-neçə hərbçi ailəsi sevindi, xalq olaraq biz də onların sevincinə şərik olduq.
    Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzaladı.
    Son günlər mətbuatda yayılan informasiyalar həm hərbçiləri, həm də vətəndaşları çox narahat edirdi. Dəfələrlə elan olundu ki, hesablama və araşdırma aparılır, tezliklə məsələ öz həllini tapacaq. Həssas dönəm olduğu üçün əksəriyyəyi prosedurları gözləmədən məsələnin həll olumnasını istəyirdi. Həmişə olduğu kimi, təxribatçılar da hərəkətə keçməyə çalışır, yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışırdılar. Sevindirici haldır ki, bütün cəmiyyətdə birmənalı qarşılanmayan olay özünü çox gözlətmədi, məsələ öz həllini tapdı. Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub. Məsələhə həllini tapana qədər keçən cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da əmr şamil edilir.
    Bu günkü qərarlar bir daha sübut etdi ki, hər şey dövlətin nəzarətindədir, sadəcə səbrlə, anlayışla dövlətin yanında olmaq, nəticəni gözləmək lazımdır. Kənar müdaxilələrə, təxribatçılara əhəmiyyət vermək lazım deyil. Bu gün dünyanın diqqəti ölkəmiz üzərindədir. Əksər dövlətlər hələ də cənab Prezidentin 4 saatlıq mətbuat xidmətindən yazır, verdiyi cavabları analiz edirlər.
    Reportajlarda dövlətimizin başçısının Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə uğurlu hərbi əməliyyatları barədə sitatları əsas yer alıb. Bu gün Ukraynanın hazırladığı reportaja baxdım. Azərbaycan Prezidentinin sitatlarına istinadla qeyd edilirdi ki, Azərbaycan Ordusunun Şuşa əməliyyatı barədə detallar məlum olanda o, ən uğurlu əməliyyat kimi tarixə düşəcək. Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı xüsusi qeyd olunmalıdır.
    Hərb tarixinə düşəcək Şuşa əməliyyatını bizə bəxş edən Orduya, hərbçilərə diqqət olunmadığını söyləmək nankorluq olar. Dövlət həmişə öz xalqının, öz ordusunun, hərbçisinin yanındadır, həmişə onların mənafeyini qoruyan qərarlar qəbul edir. Bu gün də belə oldu. Hər zaman da belə olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR