AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyanın silahdaşı Ermənistan üçün real təhlükəsizlik təminatlarının adını çəkib

  • + A
  • - A
  • 25-04-2024, 20:16

    Paşinyanın silahdaşı Ermənistan üçün real təhlükəsizlik təminatlarının adını çəkib

    Ermənistan parlamentinin spikeri ölkə boyu etiraz aksiyaları keçirən müxalifətçiləri tənqid edərək, Azərbaycanla sərhədin davam edən delimitasiyası ilə bağlı narazılığını bildirib.
    Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib ki, ölkənin qanuni sərhədi onun təhlükəsizliyinin ən yaxşı təminatıdır.

    O, bu gün Gürcüstan və İrana gedən avtomobil yollarını bağlayan etirazçılara müraciət edərək, Ermənistanın nəzarətində olmayan ən azı bir erməni yaşayış məntəqəsinin adının açıqlanmasını xahiş edib.

    “Mən Azərbaycanın bəhs etdiyi kəndlərin adını çəkə bilərəm, amma mən tənqidçilərimizi anlamaq istərdim, yoxsa bizim nəzarətimizdə olmayan kəndlərimizin adını çəkə bilərsinizmi? - deyən Simonyan onu da vurğulayıb ki, nə güclü ordu, nə də güclü istehkam təhlükəsizliyin etibarlı təminatçısı ola bilməz.

    "Zəmanət qanuni, qarşılıqlı tanınan sərhəddir" - Simonyan deyib.

    Erməni siyasətçinin fikrincə, bütövlükdə “müharibə” sözünü düşünməkdən, gündəmdən çıxarmaq lazımdır: bu, təhlükəsizliyin ən güclü təminatı olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR