AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakının bu əsas magistralında sürət həddi endirildi

  • + A
  • - A
  • 29-10-2018, 10:58

    Bakının bu əsas magistralında sürət həddi endirildi














    Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

    “Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, metereoloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, – deyə BNA-nın sürücülərə müraciətində bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR